Bakıda keçirilən “SHE Congress 2025” tədbiri
Bu gün Heydər Əliyev Mərkəzində regionun ən nüfuzlu tədbirlərindən biri olan “SHE Congress 2025” tədbiri keçirilir. Tədbir qadın liderliyinin gücləndirilməsi və davamlı dəyərlərin formalaşdırılmasına həsr olunub. Tədbirin keçirilməsində əsas məqsəd qadınların qanun çərçivəsində hüquqlarının müdafiəsi və cəmiyyətdə qadınlarla kişilər arasında bərabərliyin təmin olunmasıdır. Tədbir çərçivəsində qeyd edilib ki, “SHE Congress” qadınların şəxsi və peşəkar inkişafını təşviq edən, biznes, dövlət, mədəniyyət və təhsil sahələrindən yerli və beynəlxalq liderləri bir araya gətirən platformadır. Tədbirdə iştirakçılar müxtəlif sahələrdə uğur qazanmış qadın liderlərin çıxışlarını dinləyib panel müzakirələrdə iştirak edəcək və şəbəkələşmə imkanlarından yararlanacaqlar. Tədbirin məqsədi yalnız aktual liderlik məsələlərini müzakirə etmək deyil, eyni zamanda uzunmüddətli və davamlı dəyərlərin yaradılmasına töhfə verməkdir.
