10 saylı cəzaçəkmə müəssisəsində icra olunun əfv sərəncamı
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində də icra olunub. Sərəncam bu cəzaçəkmə müəssisəsində ümumilikdə 8 nəfərə şamil olunub. Onlardan biri Gürcüstan vətəndaşıdır. Əfv sərəncamı şamil olunan şəxslərə arayışları millət vəkilləri, Ədliyyə Nazirliyinin Penitensiar xidmətin rəis müavini, general-mayor Orxan Qasımov, Ədliyyə Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ləman Hüseynzadə, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər ictimaiyyət nümayəndələri təqdim ediblər.
Digər fotolar
