Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı
Mayın 29-da Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfrans çərçivəsində bildirilib ki, “Baku Energy Week” 30-cu dəfə Bakıda keçiriləcək, burada uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra Anlaşma Memorandumlarının imzalanması nəzərdə tutulur, həmçinin bərpaolunan enerji və neft-qaz hasilatı sahəsində kəşfiyyata dair də bir sıra vacib sənədlərin imzalanması gözlənilir. Konfransda Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov, "Caspian Event Organisers" MMC-nin nümayəndəsi Bəhruz Hidayətzadə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov, "Iteca Caspian" şirkətinin layihə meneceri Nailə Əliyeva və digər şəxslər iştirak ediblər.
Digər fotolar
