Kateqoriyalar
Sırala
ID 0112303

TÜİB-in VI Dönəm Seçkili Ümumi Yığıncağı

Mayın 30-da “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin (TÜİB) 6-cı Dönəm Seçkili Ümumi Yığıncağı keçirilib. Tədbirdə TÜİB-in ötən dövr ərzindəki fəaliyyətinə dair təqdimat nümayiş olunub. Təqdimatda birliyin gördüyü işlər, həyata keçirilən layihələr və gələcək hədəflər barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Göksel Aşan, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyə Respublikası Ticarət nazirinin müavini Mahmut Gürcan çıxışlar edərək TÜİB-in fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında bu kimi birliklərin əhəmiyyətini vurğulayıblar.

Teqlər
Digər fotolar
arrow-up