Kateqoriyalar
Sırala
ID 0112642

Minifutbol üzrə Dünya Çempionatı: Azərbaycan – Macarıstan oyunu

İyun ayının 1-i minifutbol üzrə dünya çempionatının final matçı baş tutub. Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəliblər. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (2) vurublar. Bununla da, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub. Qeyd edək ki, turnirdə üçüncü yeri Monteneqroya 3:0 hesabı ilə qalib gələn Serbiya millisi tutub.

Digər fotolar
arrow-up