Kateqoriyalar
Sırala
ID 0113232

Qoşaqışlaq kəndində yerləşən qədim tağ evləro

Qoşaqışlaq kəndi Bakının Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi vahidində yerləşir. Kənd digər adı ilə Aşağıqışlaq adlanır. Burada eramızdan əvvəl II-III minilliyə aid kurqanlar və mağaralar var. Məlumata görə, bu ərazidə əvvəllər Bakı kəndlərinə məxsus qışlaq yerləri olub. Kənd əhalisi daha çox heyvandarlıqla məşğul olduğundan bu qışlaq yerləri hazırda da qalmaqdadır. Kənddə qədim tağ evlər görmək olar. Kənd sakinlərinin sözlərinə görə, bu tağ evlər 15-16-cı əsrlərə aiddir. Bu evlər daş və gildən hazırlanıb, qışda isti yayda sərin olması ilə fərqlənib. Kənd sakinlərinin sözlərinə görə, tağ evlər iki hissəyə ayrılıb, bir tərəf insanların yaşaması üçün, digər tərəf isə mal-qaranı saxlamaq üçün nəzərdə tutulub. Burada həmçinin kəndlilərin “dobla” adlandırdıqları samanlıqlar da var. Tağ evlərlə bu samanlıqlar arasında xüsusi keçidlər olub.

Digər fotolar
arrow-up