Kateqoriyalar
Sırala
ID 0113422

Bakıda “Peking to Paris Motor Challenge” avtomobil yarışı start götürüb

Dünyanın ən həyəcanverici avtomobil yarışlarından biri olan beynəlxalq “Peking to Paris Motor Challenge” yarışı ikinci dəfə yolunu Azərbaycandan salır. Retro avtomobillərin yürüşü Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunur. Avtomobil həvəskarları bu nadir retro avtomobilləri Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin önündə keçirilən sərgi zamanı yaxından izləyə biliblər. Tədbirdə yürüşün ən “qocaman” iştirakçısı — 1917-ci il istehsalı American LaFrance Type 10, ən “gənc” avtomobil isə 1984-cü il istehsalı Toyota Hilux təqdim olunub. İyunun 9-u isə Heydər Əliyev Mərkəzinin qarşısından yarışın Azərbaycandakı mərhələsinə start veriləcək. Bu mərhələ Qobustan, Şamaxı, Acınohur-Ceyrançöl düzünü və Azərbaycanın digər füsunkar bölgələrindən keçərək Qax şəhərində başa çatacaq. Azərbaycan ərazisində yarışda 55 retro avtomobil iştirak edir. 10 iyun tarixində iştirakçılar ölkəmizi tərk edərək Gürcüstan və Türkiyənin maraqlı marşrutları üzrə hərəkətlərini davam etdirəcəklər.Ardınca Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və İsveçrə ərazisindən keçərək, yarışın son dayanacağı olan Fransaya doğru yola çıxacaqlar.

Digər fotolar
arrow-up