Kateqoriyalar
Sırala
ID 0113568

Paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Zooloji Parkı

Ümumi ərazisi 4.25 hektar olan Bakı Zooloji Parkı Bakının Nərimanov rayonunda yerləşir. Zooloji Parkın əsas məqsədlərindən biri insanların canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməkdir. Burada Azərbaycanın Qırmızı Kitabına daxil olan növlərin təbii populyasiyalarının artırılması və reintroduksiyası baxımından heyvanların artırılması üçün münbit şərait var. Hazırda Bakı Zooloji Parkında 125 növ heyvan var. Onlardan 22-si Azərbaycanın Qırmızı Kitabına daxil edilib. Burada Amur pələngi, Afrika aslanı, bəbir, yaquar, zebra, bizon, qonur ayı, xallı maral, nəcib maral, alpak, lama, kenquru, yallı qoyun, canavar, tülkü, müxtəlif növ meymunlar və digər məməli heyvanlara qulluq edilir. Zooloji Parkda müxtəlif növ su quşları - qızıl qaz, qutan, ördək və qu növləri, yırtıcı quşlar - berkut, ağbaş kərkəs, qara kərkəs, məzar qartalı, ağquyruq dəniz qartalı, yapalaq, ekzotik quşlar - ara, kakadu, jako, rozella, Amazon tutuquşusu, həmçinin qırqovullar, tovuzquşları, sultan toyuqları, Yapon durnası sığınacaq tapıblar. Sürünən heyvanlardan isə ilanlar, timsahlar, iquana, balıqlar, tısbağalara rahat şərait yaradılıb. 

Digər fotolar
arrow-up