TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin 2-ci iclası
İyunun 12-də Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin 2-ci iclası keçirilib. Tədbirdə Qırğızıstan Respublikasının Əmək, Sosial Müdafiə və Miqrasiya nazirinin müavini Kyial Zhanuzakova, Türkmənistanın Əmək və Sosial Müdafiə nazirinin müavini Halbibi Tachjanova, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirak edib. İclas çərçivəsində Kommunike sənədi qəbul edilib. Sənəd əvvəlcə səsə qoyulub, daha sonra isə TDT-yə üzv ölkələr tərəfindən təsdiq edilərək imzalanıb.
