Kateqoriyalar
Sırala
ID 0113638

Azad Mirzəcanzadə İnkişaf Proqramının Oriyentasiya Günü II adlı tədbir

İyunun 12-də Azad Mirzəcanzadə İnkişaf Proqramının Oriyentasiya Günü - II adlı tədbir keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Azad Mirzəcanzadə İnkişaf Proqramının direktoru Leyla Seyidzadə bildirib ki, Azad Mirzəcanzadə İnkişaf Proqramı 2023-cü ildə pilot layihəsi idisə, bu gün artıq böyük və tamhəcmli bir layihə kimi fəaliyyət göstərir. Direktor qeyd edib ki, proqram zamanla inkişaf edir, il ərzində keçirilən dalğaların sayı artır. Azad Mirzəcanzadə İnkişaf Proqramı 18-35 yaş arası olan, cəmiyyətin inkişafına töhfə vermək arzusu və bu istiqamətdə real ideyaları olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçıların tənqidi və yaradıcı düşüncə bacarıqları, liderlik keyfiyyətləri, eləcə də dəyişkən və çoxşaxəli mühitdə işləmək qabiliyyəti xüsusi önəm daşıyır. Tədbir çərçivəsində həmçinin "Fərdi sosial məsuliyyət, ümumi rifah və etika" adlı təlim də baş tutub. Təlimi Uğur Yolu, Etik Liderlik İnkişaf Mərkəzinin təsisçisi Vüqar Sadiq aparıb. Vüqar Sadiq insanların fərdi sosial məsuliyyəti, bunun ümumi rifaha təsiri məsələsi barədə geniş mühazirə ilə çıxış edib.

Teqlər
Digər fotolar
arrow-up