Kateqoriyalar
Sırala
ID 0113739

Bakıda qeyd edilən "Son zəng"

Azərbaycanda son zəng tədbirləri başlayıb. Bu gün ölkənin bütün ümumi və tam orta təhsil müəssisələrində son zəng tədbirləri keçirilir. Hazırda 220 nömrəli məktəb-liseydə də “Son zəng” böyük maraqla qeyd olunur. Tədbirlərdə dövlət himni səsləndirilir, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Məzunlar müəllimlərinə və valideynlərinə təşəkkür edir, gələcək planlarından danışırlar. Məktəblərdə musiqili və ədəbi-bədii kompozisiyalar təqdim olunur, xatirə şəkilləri çəkilir.

Digər fotolar
arrow-up