Kateqoriyalar
Sırala
ID 0114123

"Bakı Fight Night" gecəsinin ulduz qonaqları Belal Muhammad və Merab Dvalışvili ilə media brifinq

İyunun 19-da Heydər Əliyev Mərkəzinin qarşısında "Bakı Fight Night" gecəsinin ulduz qonaqları Belal Muhammad və Merab Dvalışvili ilə media brifinq keçirilib. Bakıda keçiriləcək turnir üçün Azərbaycana gələn məşhur MMA döyüşçüsü Belal Məhəmməd bildirib ki, buraya ilk dəfədir gəlir və Mütləq Döyüş Çempionatı (UFC) turnirinin Bakıda keçirilməsi Azərbaycan üçün böyük hadisədir. O həmçinin turnirdə Azərbaycan təmsilçisi Rafael Fiziyevin rəqibi olan çilili İqnasio Bahamondesi dəstəkləyəcəyini söyləyib. Bununla yanaşı, turnir üçün ölkəmizə gələn digər məşhur MMA döyüşçüsü Merab Dvalışvili də bildirib ki, Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində hər şey yüksək səviyyədə təşkil olunub. Məşhur döyüşçü Azərbaycan təmsilçisi Nazim Sadıxov haqqında da danışıb. O bildirib ki, Nazim Sadıxovla dostdur və ABŞ-də birlikdə məşqlər ediblər. Merab Dvalışvili UFC turniri üçün sürpriz hazırladıqlarını da söyləyib.

Digər fotolar
arrow-up