Kateqoriyalar
Sırala
ID 0114381

Diplomatlar Şuşadakı Qarabağ küçəsində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelərdən ibarət nümayəndə heyəti Şuşada Qarabağ küçəsində olub. Diplomatlara şəhərin tarixi və erməni işğalına son qoyulmasından sonra aparılan bərpa işləri barədə məlumat verilib. Səfər zamanı nümayəndə heyəti şəhərin simasının necə dəyişdiyinin şahidi olub və yenidənqurma işlərinin miqyası haqqında məlumat əldə edib. Onlar həmçinin XIX əsrə aid Şirin su hamamını da ziyarət ediblər.

Digər fotolar
arrow-up