Kateqoriyalar
Sırala
ID 0114440

Xarici diplomatlar və hərbi attaşelər Ağdamda Muğam mərkəzində olublar

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelərdən ibarət nümayəndə heyəti Ağdamda Muğam mərkəzini ziyarət ediblər. Qonaqlar Azərbaycanın mədəni irsi olan muğamla tanış olmaq imkanı əldə ediblər. Nümayəndə heyətinə həmçinin müxtəlif konsertlərin keçiriləcəyi mərkəz haqqında məlumat verilib. Qonaqlar mərkəzin konsert zalı və açıq amfiteatrında olublar. Ağdam Muğam mərkəzinin təməli 2023-cü ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Mərkəzin açılış mərasimi bu ilin may ayında baş tutub.

Digər fotolar
arrow-up