Kateqoriyalar
Sırala
ID 0114763

Respublika Fənn Olimpiadalarının mükafatlandırma mərasimi

İyunun 24-də Bakı Konqres Mərkəzində 2024–2025-ci tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarının qalibləri üçün təntənəli mükafatlandırma mərasimi keçirilib. Tədbir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edib. Nazir bildirib ki, fənn olimpiadalarının əhatə dairəsi ildən-ilə genişlənir. Əvvəllər 1000 nəfəri əhatə edən bu yarışlara indi 80 mindən çox şagird cəlb olunur. Bu isə məktəblilərin elmi biliklərə marağının artdığını göstərir. Nazir həmçinin valideyn və müəllimlərin bu uğurdakı rolunu xüsusi qeyd edərək təşəkkürünü bildirib. Ənənəvi xarakter daşıyan bu tədbir istedadlı şagirdlərin elmi nailiyyətlərini cəmiyyətə tanıtmaq və onların gələcək uğurlarına stimul vermək məqsədi daşıyır.

Digər fotolar
arrow-up