Kateqoriyalar
Sırala
ID 0114783

25 iyun - Beynəlxalq Dənizçilər Günü

Hər il iyunun 25-i dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə Azərbaycanda “Dənizçi Günü” peşə bayramı təsis olunub. Hazırda dünyada yüklərin təqribən 90 faizi dəniz yolu ilə daşınır. Dünya sularında üzən gəmilər vasitəsilə gün ərzində müxtəlif təyinatlı məhsullar daşınır. Dəniz vasitəsilə həyata keçirilən ticarət qlobal iqtisadiyyata da öz töhfəsini verir. Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdənkənar sularda Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında rol oynayırlar.

Digər fotolar
arrow-up