Kateqoriyalar
Sırala
ID 0115109

Rusiyada qətlə yetirilən azərbaycanlıların ekspertiza nəticələrinə dair mətbuat konfransı

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən öldürülən azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənovun sözlərinə görə, ölənlərin meyitləri xüsusi ekspertiza ilə müayinə olunub. Baş direktor bildirib ki, meyitlərin müayinəsi gecə yarısı başa çatıb. Səhər saatlarında onların meyitləri yaşadıqları Ağcabədi rayonuna aparılıb. Daxili müayinələr zamanı dərinin iç səthində çöldən küt alətin təsiri ilə geniş qansızmalar olduğu müəyyənləşib, həmçinin qabırğaların ikitərəfli yerdəyişmiş sınıqları da müəyyən olunub. Ədalət Həsənov qeyd edib ki, ekspertiza nəticəsində qətlə yetirilən qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb, küt alətlə vurulub.

Digər fotolar
arrow-up