Baş Prokurorluqda keçirilən Rusiyadakı azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı mətbuat konfransı
Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi əməliyyat zamanı iki azərbaycanlının öldürülməsi ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi başlanılıb. Bununla bağlı bu gün Baş Prokurorluqda mətbuat konfransı təşkil olunub. Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib ki, Rusiyada qətlə yetirilən Ziyəddin Səfərov hadisə günü səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb. Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov isə bildirib ki, Yekaterinburqda saxlanılan Məzahir Səfərovun məhkəmədə çəkilmiş videogörüntüsü onu deməyə əsas verir ki, ona qarşı fiziki zorakılıq tətbiq olunub. Prokurorluqda həmçinin Ramiz Səfərovun da bədəninin müxtəlif mahiyələrində fiziki zorakılıq və işgəncə hallarını əks etdirən video nümayiş olunub.
