Kateqoriyalar
Sırala
ID 0115476

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi

İyulun 5-də beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib. Tədbirdə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə,  gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər. Açılış mərasimində çıxış edən qonaqlar bu mərhələyə qədər irəliləyən iştirakçıları təbrik edərək onlara uğurlar arzulayıblar.

Teqlər
Digər fotolar
arrow-up