“Medianın inkişafında ümummilli lider Heydər Əliyevin rolu” adlı konfrans
İyulun 8-də Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransın açılış mərasimi olub. Konfransdan əvvəl “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi keçirilib. sərgidə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərini, Azərbaycan mətbuatının tarixi nəşrlərini və medianın inkişaf mərhələlərini əhatə edən fotolar nümayiş olunub. Konfransda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə, həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı media nümayəndələrinin xatirələrinin əks olunduğu videoyazı nümayiş etdirilib.
