Kateqoriyalar
Sırala
ID 0116370

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfrans

Şamaxı şəhərində “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilib. İyulun 15-16-da davam edəcək konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər. Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası, rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması mövzularında fikir mübadiləsi aparılıb. 

Digər fotolar
arrow-up