Kateqoriyalar
Sırala
ID 0116687

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Cəmil Xudiyev

"Apardığımız təhlillər göstərir ki, avtomobil yanğınlarının əksəriyyəti məhz texniki nasazlıqlar və onlara vaxtında müdaxilə olunmaması nəticəsində baş verir. Bəzi qəza hallarında da yanğınlar müşahidə olunur, lakin bu, ümumi mənzərədə azlıq təşkil edir. Avtomobillərə düzgün texniki qulluq göstərilməməsi, xüsusilə mexaniki nasazlıqların aradan qaldırılmaması, nasaz hissələrin qeyri-peşəkar şəxslərə etibar olunaraq təmir etdirilməsi son nəticədə yanğınla nəticələnir. Bundan başqa, avtomobilin interyerinə əlavə avadanlıqların - monitorlar, enerji cihazları və sair düzgün quraşdırılmaması və elektrik sisteminin yüklənməsi alovlanmaya səbəb olur. Elektrik naqillərində baş verən qısaqapanmalar, mühərrik hissəsində toplanmış yağ-sürtkü materialları yanğının salon daxilində sürətlə yayılmasına şərait yaradır".

Müsahibə: Oxu.az

 

Digər fotolar
arrow-up