Mingəçevirdə yeni istismara verilmiş “8 Noyabr” Elektrik Stansiyasına edilən mediatur
Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi münasibətilə "AzərEnerji" ASC ötən ay istismara verilən ölkənin ən böyük stansiyası - "8 Noyabr" elektrik stansiyasına mediatur təşkil edib. Səfərin əsas məqsədi "8 Noyabr" elektrik stansiyası ilə tanışlıq, mətbuat nümayəndələrinin energetika sektoru ilə bağlı bilgilərinin artırılması və enerji mərkəzi olan Mingəçevirdə mətbuat gününün qeyd edilməsidir. Səfərdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər iştirak ediblər. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü ildə təməli qoyulan 1880 MVt gücündəki "8 Noyabr" elektrik stansiyası rekord müddətdə - cəmi iki il ərzində tikilərək 2025-ci il iyunun 24-də istismara verilib.
Digər fotolar
