Kateqoriyalar
Sırala
ID 0116794

"Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsi

İyulun 18-i Bakı Ekspo Mərkəzində beşinci "Yüksəliş" müsabiqəsinin final mərhələsi keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, maliyyə naziri, "Yüksəliş" Təşkilat Komitəsinin üzvü Sahil Babayev, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər. Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Digər fotolar
arrow-up