Kateqoriyalar
Sırala
ID 0117101

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin brifinqi

Prezident İlham Əliyev tərəfindən iyulun 16-da imzalanan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Fərmanının mahiyyəti və üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə brifinq təşkil olunub. Brifinqdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova iştirak edib. O bildirib ki, Azərbaycanda 2001-ci ilə qədər yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən verilmiş torpaq sahələrinə dair sənədlər hüquq müəyyənedici sənəd kimi qəbul ediləcək. Onun sözlərinə görə, vətəndaşların həmin torpaq sahələrində uzun müddət mübahisəsiz yaşaması nəzərə alınaraq, icra nümayəndələrinin verdiyi sənədlər əsasında mülkiyyət hüququnun tanınması təmin ediləcək. Nigar Alimova əlavə edib ki, bununla bağlı vətəndaşlar "ASAN Xidmət" mərkəzlərinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə müraciət edə bilərlər. O həmçinin vurğulayıb ki, Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq.

Digər fotolar
arrow-up