Bakıda keçirilən "DREAM FEST 2025" Beynəlxalq Musiqi Festivalı
Xəzər dənizinin sahilində, “Sea Breeze” istirahət mərkəzində Azərbaycan və xarici ölkələrin tanınmış ifaçılarını bir səhnədə toplayan “DREAM FEST – 2025” Beynəlxalq Musiqi Festivalı keçirilib. Konsertin əsas hissəsi Yohan Benyaminovun “Bakı” mahnısını ifa etməsi ilə başlayıb. Musiqi gecəsində çıxış edən sənətçilər arasında Alessandro Safina, Emin Ağalarov, Anar Ağayev, Roza Zərgərli, Merab Amzoevi, Brendon Stoun, “Blue” qrupu, Tünzalə Ağayeva, Nigar Camal, Nəsibə Abdullayeva, Elçin Əzizov, Nani Breqvadze, Fərrux Zakirov və digər tanınmış ifaçılar yer alıblar. 24 iyul gecəsi görkəmli Azərbaycan opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin yaradıcılığına həsr olunub. Hörmət əlaməti olaraq onun məşhur əsərləri həm solo, həm də duet formatında səsləndirilib. Konsert çərçivəsində Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx da nümayiş etdirilib.
