Kateqoriyalar
Sırala
ID 0117396

İsrail səfiri Corc Dikin mətbuat konfransı

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Corc Dikin Azərbaycanda vəzifəsini yekunlaşdırması ilə əlaqədar mətbuat konfransı keçirilib. Konfransda iştirak edən səfir bildirib ki, son altı ildə Azərbaycan böyük dəyişikliklərə məruz qalıb, bu dövr Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq üçün tarixi dəyişiklik illəri olub. Səfir vurğulayıb ki, azad edilmiş ərazilərə səfər edən ilk İsrail səfiri olmaq onun üçün şərəfdir. O həmçinin bildirib ki, Azərbaycan Türkiyə və İsrailin yaxınlaşmasında mühüm və əsas rol oynayıb. Bakı həmçinin Yaxın Şərqin digər regional məsələlərində, o cümlədən Suriya ilə bağlı da mühüm rol oynayır. Səfirin sözlərinə görə,  Azərbaycanın İbrahim sazişlərində, İsrailin digər ölkələrlə vasitəçiliyində və danışıqlarında iştirakı, Bakının regionda inkişaf etdirdiyi nüfuzu və tərəflər arasında münasibətləri yaxşılaşdırdığını simvolizə edir.

Digər fotolar
arrow-up