Kateqoriyalar
Sırala
ID 0117448

Bakıda keçirilən “Dream FEST – 2025” Beynəlxalq Musiqi Festivalının üçüncü günü

Bakının “Sea Breeze” istirahət mərkəzində “Dream FEST – 2025” Beynəlxalq Musiqi Festivalı davam edir. Bu festival artıq musiqi bayramına çevrilərək dünya ulduzlarını və onların pərəstişkarlarını Xəzər dənizi sahilində açıq hava altında bir araya gətirib. Festivalın üçüncü günü başlamazdan əvvəl sənətçilər ənənəyə uyğun olaraq simvolik firuzəyi xalça üzərindən keçiblər. Konsert proqramı italiyalı müğənni “In-Grid”in çıxışı ilə başlayıb. O, Vaqif Nağıyev ilə birlikdə Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib. Daha sonar ifaçılar Yuhan Benyaminov, Emin Ağalarov, Sandra Ann Lauer (Sandra), Haddway, “Kosheen”, “Ottawan”, “Bad Boys Blue”, “Secret Service” çıxışlar ediblər. Festivalın üçüncü günü 1980–1990-cı illərin disko musiqisinə həsr olunub və retro sevənlər üçün əsl hədiyyə olub. “Dream FEST” festivalı iyulun 26-da başa çatacaq.

Digər fotolar
arrow-up