Kateqoriyalar
Sırala
ID 0117509

Akademik Milli Dram Teatrı tamaşalarının rəngarəng libasları

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəarxasında illərin tozuna bürünmüş, lakin öz canlı tarixini yaşadan otaqlar mövcuddur. Buradakı geyimləri saxlama otağı, rekvizitlər otağı və qrim otağı teatr səhnəsində baş verən hadisələrin səssiz şahidləridir. Teatrın geyimləri saxlama otağında müxtəlif dövrlərə aid kostyumlar qorunub saxlanılır. Bu geyimlər bir vaxtlar səhnədə, məşhur aktyor və aktrisaların əynində alqışlar altında parlayıb. Teatrın geyim muzeyində isə  daha fərqli bir ab-hava var. Burada saxlanılan kostyumlar yalnız geyim deyil, həm də bir dövrün, bir tamaşanın izlərini daşıyır. Hər bir libas öz sükutunda teatr tarixindən danışır. Səhnədən bir addım əvvəl baş verən hazırlıq mərhələsi isə qrim otağında canlanır. Fırçaların, daraqların, boyaların köməyi ilə aktyor burada yeni bir insana, fərqli bir taleyə çevrilir. Qrim otağındakı güzgülər aktyorun özünü tanıdığı, lakin eyni zamanda başqa obrazlara büründüyü mistik bir məkandır. Akademik Milli Dram Teatrının səhnəarxasındakı bu otaqlar Azərbaycan teatr tarixinin canlı arxividir.

Digər fotolar
arrow-up