Kateqoriyalar
Sırala
ID 0117641

Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı üzrə emalatxanaların açılış mərasimi

İyulun 30-da “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və digər rəsmilər iştirak ediblər. Tədbir çərçivəsində Emin Əmrullayev bildirib ki, Füzuli peşə liseyi 2027-ci ildən fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, hazırda 100 mindən artıq şəxs peşə təhsili alır. Nazir əlavə edib ki, 2026-cı ildə isə Şuşa şəhərində peşə təhsil mərkəzi fəaliyyətə başlayacaq. Həmçinin Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib ki, Energetika Nazirliyi elektromobillik strategiyası hazırlayıb. O vurğulayıb ki, 2027-ci ilin sonuna qədər Azərbaycanda bərpa olunan enerji sahəsində quraşdırılmış güc 2 min meqavata qədər artacaq.

Teqlər
#00
Digər fotolar
arrow-up