Kateqoriyalar
Sırala
ID 0117684

UEFA Çempionlar Liqası: "Qarabağ" - "Şelburn" oyunu

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”la cavab matçına çıxıb. Nəticədə “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti raunda adlayıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib. Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. 

Digər fotolar
arrow-up