Kateqoriyalar
Sırala
ID 0118559

"Qarabağ"ın "Şkendiya" ilə baş tutacaq oyunöncəsi mətbuat konfransı

Avqutsun 11-də "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubuna qarşı keçirəcəyi cavab oyunundan öncə mətbuat konfransı keçirilib. Konfrans çərçivəsində baş məşqçi rəqibin iddialı olduğunu, buna görə də, matçda çox güc sərf etməli olduqlarını söyləyib. 53 yaşlı mütəxəssis Kadi Borgesin ilk oyundakı performansını dəyərləndirib, futbolçunun bəzi səhvlərinə baxmayaraq, gələcək oyunlarda daha diqqətli olacağını deyib. O, Emmanuel Addainin formasında olmaması ilə bağlı istənilən oyunçunun çatışmayan cəhətlərinin olduğunu, zamanla daha yaxşıya doğru getdiyini söyləyib. Baş məşqçi ilk oyunda daha səliqəli oynamalı olduqlarını vurğulayıb. O, Portuqaliyanın "Akademika Vizeu" klubunun futbolçusu Andre Klovisin "Qarabağ"a mümkün transferi barədə danışıb. 

Digər fotolar
arrow-up