"Şkendiya"nın “Qarabağ”la keçirəcəyi matçdan öncəki mətbuat konfransı
Avqutsun 11-də Şimali Makedoniyanın "Şkendiya" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçirəcəyi oyundan öncə mətbuat konfransı keçirib. Konfrans çərçivəsində "Şkendiya"nın yarımmüdafiəçisi Kamer Qaka cavab oyununa ciddi hazırlaşdıqlarını, "Qarabağ"ı məğlub etməyə çalışacaqlarını söyləyib. Komandanın baş məşqçisi Ceton Bekciri isə, ilk qarşılaşmada Azərbaycan klubunun daha yaxşı çıxış etdiyini vurğulayıb.
Digər fotolar
