Kateqoriyalar
Sırala
ID 0118589

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransı

Avqustun 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat konfransı keçirilib. Konfransda bildirilib ki, Həmkarlar İttifaqına üzvlərin sayı 1 milyon 34 min 701 nəfərə çatıb. Onlardan 513 min 317 nəfəri kişi, 208 min 641 nəfəri qadındır. Üzvlər sırasında 208 min 641 nəfər gənc yer alır. Bundan başqa, Həmkarlar İttifaqı üzvlərinin ilk dəfə olaraq adlı siyahısı təsis edilib. Burada 950 mindən çox şəxsin məlumatları artıq toplanıb. Konfrans çərçivəsində bu ilin yeddi ayı ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) sanatoriya və kurortlara verilən yollayışların sayı açıqlanıb. Həmçinin məlumat verilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq edəcək və bununla əlaqədar iki qurum arasında yaxın zamanda razılaşma əldə olunacaq.

Digər fotolar
arrow-up