Kateqoriyalar
Sırala
ID 0118742

Yasamal rayonunda yerləşən 1892-1896-cı illərə aid Qasımbəy məscidi

Məscid Bakının Yasamal rayonu, Həzi Aslanov küçəsi 23 ünvanında yerləşir. İbadət evi 1892-1896-cı illərdə Hacı Qasımbəy tərəfindən inşa edilib. Layihənin memarı Məşədi Mirzə Qafar İsmayılovdur. Məscidin 31 metr hündürlüyündə bir minarəsi var. Minarənin ilk 6 metri dördbucaq, qalan hissəsi isə dairəvi formadadır. Şərəfənin alt hissəsində ərəbcə Quran ayəsi yazılıb. İbadət evinin günbəzinin diametri 6 metr təşkil edir. Günbəz səkkiz ədəd dördbucaqlı pəncərədən ibarətdir. Məscidin tağlar hissəsinə yeddi dəfə “kəlimeyi-şəhadət” həkk edilib. İbadətgah iki mərtəbədən ibarətdir.

Digər fotolar
arrow-up