Kateqoriyalar
Sırala
ID 0119007

Bakıda keçirilən “Kənddən Şəhərə” yarmarkası

Avqustun 16-ı və 17-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçirilir. Ənənəvi olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir. Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan 30-a yaxın fermer iştirak edir. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edirlər. Yarmarka iki gün ərzində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Digər fotolar
arrow-up