Kateqoriyalar
Sırala
ID 0119308

Xocəsən qəsəbəsində yerləşən Qoşaminarəli məscid

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində vaxtilə 1710-cu ilə aid qədim məscid olub. Lakin məscid 1937-ci ildə sökülüb, onun yerində isə 1988-1990-cı illərdə hazırkı məscid tikilib. Mişar daşı ilə inşa olunan məscid qoşa minarəyə malikdir. Minarələr bişmiş kərpiclə işlənib. Məscid kişi və qadınlar üçün nəzərdə tutulmuş iki hissədən ibarətdir. Əsas ibadət zalının döşəməsindən tavanadək hündürlüyü 5 metr, günbəzədək hündürlüyü 11 metrdir. Tavan 4 dəmir dirək üzərində dayanıb. Məscidin ön tərəfində eyvan yerləşir.

Digər fotolar
arrow-up