Kateqoriyalar
Sırala
ID 0119484

Bakıda keçirilən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsi

Avqustun 23-də Bakıda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsinin oyunları baş tutub. Səbail mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparırlar. Yarışda ümumilikdə 16 komanda iştirak edir. Onlardan 13-ü milli: Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya - 3-ü isə klub: “Zaqreb”(Xorvatiya), “Şanxay”(Çin),“CS Rapid”(Rumıniya) komandalarıdır. Qeyd edək ki, avqustun 24-nə qədər davam edəcək Səbail mərhələsinin oyunları Fəvvarələr Meydanında keçirilir.

Teqlər
Digər fotolar
arrow-up