Kateqoriyalar
Sırala
ID 0119577

Sabunçuda yerləşən 1903-cü ilə aid su qülləsi

Su qüllələri su təchizatı sistemində suyun təzyiqini tənzimləmək və ehtiyatını təmin etmək üçün istifadə olunan tikililərdəndir. Bu tikililər suyun axınını sabit saxlamağa və su təchizatı şəbəkəsində təzyiq düşmələrinin qarşısını almağa kömək edir. Belə su qüllələrindən biri də Sabunçu rayonunda, Nobel qardaşları tərəfindən inşa olunan 1903-cü ilə aid su qülləsidir. Bu su qülləsi həmin illərdə fəhlə şəhərciyində yaşayan ailələrin su təminatını ödəmək üçün nəzərdə tutulub.

Teqlər
Digər fotolar
arrow-up