Kateqoriyalar
Sırala
ID 0119659

20 minə yaxın əhaliyə xidmət göstərən “Azərpoçt” filialı

“Azərpoçt” MMC paytaxt sakinlərinin mövcud tələbatını nəzərə alaraq şəhərin müxtəlif ərazilərində çoxsaylı şöbələri ilə vətəndaşlara xidmət göstərir. Həmin şöbələrdən biri də uzun illərdir ki, fəaliyyət göstərən AZ1073 indeksli poçt şöbəsidir. Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, bina 19-da yerləşən poçt şöbəsi 2017-ci ildə əsaslı təmir olunub. Şöbədə hazırda 20-yə yaxın əməkdaş çalışır. Burada xidmət göstərən 6 poçtalyon gündəlik olaraq 80-100 göndərişin çatdırılmasını həyata keçirir. Müştəri xidmətləri şöbəsində isə növbəli şəkildə 13 əməliyyatçı fəaliyyət göstərir. Şöbə 20 minə yaxın əhalinin yaşadığı əraziyə (Hüseyn Cavid, Mətbuat və İnşaatçılar prospektləri, eləcə də İsmayıl bəy Qutqaşınlı, Zahid Xəlilov, Ələsgər Ələkbərov və Mikayıl Müşfiq küçələri) xidmət göstərir. Burada klassik poçt və elektron kommersiya xidmətləri ilə yanaşı, ölkədaxili və beynəlxalq pul köçürmələri, kommunal və kredit ödənişləri, mobil telefon qeydiyyatı, valyuta mübadiləsi, lotereya biletlərinin satışı üzrə xidmətlər göstərilir.

Digər fotolar
arrow-up