Dəbdən düşməyən peşə: “Poçtalyonun bir günü”
Zaur Məmmədov 15 ilə yaxındır ki, “Azərpoçt”un AZ1000 indeksli poçt şöbəsində xidmət göstərir. Bu sahəyə öz istəyi ilə gəlib və işini böyük sevgi ilə yerinə yetirir. Mərkəzi Poçt Şöbəsinin əməkdaşı olmaq onun işinə məsuliyyətini birə-min artırır. Çünki xidmət etdiyi ərazidə həm də dövlət qurumları yerləşir. Zaur Məmmədovun çatdırılma istiqamətlərini əzbər bilməsi ona göndərişləri daha operativ çatdırmasına kömək edir. Bəzən çatdırdığı məktub bir insanın taleyini həll edir. Gün ərzində 50-yə yaxın ünvana çatdırılma həyata keçirir. Hər ünvan onun üçün yeni başlanğıcdır. Birində gülüş görür, birində təşəkkür eşidir. Minnətdarlıq dolu sözlər onun yorulmadan çalışması üçün ən böyük motivasiyadır.
Digər fotolar
