Kateqoriyalar
Sırala
ID 0119711

Dəbdən düşməyən peşə: “Poçtalyonun bir günü”

Minəxanım Mirzəyeva illərdir ki, AZ1073 indeksli poçt şöbəsində poçtalyon kimi xidmət göstərir. O, küçələri və ünvanları çox yaxşı tanıyır. Uzun illər boyunca bu ünvanlarda yaşayan tanıdığı insanlar var. Uşaqları böyüyüb ailə həyatı qurub, amma o hələ də ona tanış insanlara məktublar çatdırır. Minəxanım Mirzəyeva peşəsinə olduqca bağlıdır, çünki onun üçün poçt yalnız iş deyil, insanların həyatına toxunan bir körpüdür. Ağarmış saçı bir ömrün, zəhmətin izidir. O, hər alıcı imzasında, hər çatdırılmış məktubda bir xəbərə, bir müjdəyə şahidlik edib. Bu yol onu həm yaşlandırıb, həm də mənəvi gücləndirib. Yaşına baxmayaraq, Minəxanım Mirzəyeva hər gün eyni sevgi və məsuliyyətlə işinə davam edir.

Digər fotolar
arrow-up