Xanımların xüsusi əhəmiyyət verdiyi gözəllik prosedurları
Müasir dövrdə, xüsusən xanımlar arasında kosmetoloji prosedurlar insanların öz görünüşünə daha çox diqqət yetirməsinə imkan yaradır. Müxtəlif kosmetik vasitələr ilə dəriyə qulluq etmək, qırışları azaltmaq və üz cizgilərini daha ahəngdar göstərmək mümkündür. Ən çox müraciət olunan gözəllik prosedurlarından biri də çənə dolğusudur. Bu prosedur çənə formasını və konturunu yaxşılaşdırmaq üçün tətbiq olunan qeyri-cərrahi estetik prosedurdur. Prosedur zamanı dermal dolğu maddələri çənəyə inyeksiya edilir, nəticədə çənənin möhkəm və dəqiq konturlanması, üz harmoniya və balansının artırılması təmin edilir.
Digər fotolar
