Kateqoriyalar
Sırala
ID 0119883

Digah qəsəbəsində yerləşən XV əsrə aid Cümə məscidi

Abşeron rayonu Digah qəsəbəsində yerləşən Cümə məscidinin inşa tarixi dəqiq məlum olmasa da, məlumatlara görə, təməli 1430-1431-ci illərdə qoyulub. Hazırkı formasını alana qədər məscidə müxtəlif əlavələr olunub, eyni zamanda təmir-bərpa işləri həyata keçirilib. İlkin sahəsi 54 m² olan məscidə XIX əsrin əvvəllərində 81 m² sahə əlavə edilib. 80-ci illərin sonunda isə qadınlar üçün olan hissə inşa olunub. Məscidin divarlarının qalınlığı 1 metrdir. Tikilinin ümumi uzunluğu 22 metr, eni əlavələri ilə birlikdə 12 metrdir. Yerdən tavanadək hündürlük 5 metr, günbəzədək isə 10 metr təşkil edir. Məscid karxana daşları ilə tikilib, günbəzi 4 sütun üzərində dayanıb. Sütunları tağlarla birləşən tikilinin damı dəmir təbəqə ilə örtülüb. Sadə konstruksiyaya malik məscidin minarəsi isə sonradan əlavə edilib.

Teqlər
Digər fotolar
arrow-up