Kateqoriyalar
Sırala
ID 0119907

"Ferentsvaroş"un "Qarabağ" ilə baş tutacaq oyunöncəsi mətbuat konfransı

Avqustun 27-də “Ferentsvaroş”un UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” ilə oyunundan öncə mətbuat konfransı keçirilib. Konfrans çərçivəsində "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin fikirlərini bölüşüb. O bildirib ki, futbolçular sabahkı matça hazırdırlar, bununla yanaşı, heyətdə müəyyən dəyişikliklər ola bilər. Kimin start heyətində meydana çıxacağı sabah məlum olacaq. "Ferentsvaroş"un futbolçusu Toon Raemaekers isə komandada əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu və Bakıya qələbə qazanmaq üçün gəldiklərini söyləyib.

Digər fotolar
arrow-up