Kateqoriyalar
Sırala
ID 0119969

Sabunçuda yerləşən 1902-ci ilə aid elektrik stansiyası

Elektrik stansiyası elektrik enerjisi istehsal edən avadanlıq və aparatlardan ibarət qurğular toplusudur. Azərbaycanda ilk elektrik stansiyalarının qurulması XIX əsrin sonlarına təsadüf edir. Bu stansiyalardan biri də Sabunçu rayonunda yerləşən və 1902-ci ildə tikilən elektrik stansiyasıdır. Məlumata görə, bu, Sabunçudakı ilk elektrik stansiyasıdır. Stansiya inşa edildiyi zaman əvvəlcə neft mədənlərini, xəstəxana və kilsəni, 1910-cu ildən etibarən isə bütün Sabunçunu elektrik enerjisi ilə təmin edib. Hazırda isə fəaliyyət göstərmir.

Digər fotolar
arrow-up