Kateqoriyalar
Sırala
ID 0120149

"Xocəsən" elektrik deposuna təşkil olunan mediatur

"Bakı Metropoliteni" QSC qatar parkını daha 20 yeni nəsil vaqonla (4 qatar tərkibi) genişləndirib. Bu barədə jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətin sədrinin müşaviri Emil Əhmədov məlumat verib. Onun sözlərinə görə, dördüncü nəslə aid bu qatarlar 2025-ci ildə istismar müddəti başa çatacaq vaqonların əvəzlənməsi üçün xəttə buraxılacaq. Bildirilib ki, yeni vaqonlar paytaxtın iqlim şəraiti və metropolitenin mürəkkəb relyefi nəzərə alınaraq müasir texnologiyalar əsasında hazırlanıb. Qatarların komplektləşdirilməsi və yığılması "Xocəsən" elektrik deposunda həyata keçirilir. Burada idarəetmə, təhlükəsizlik və sərnişin rahatlığını təmin edən avadanlıqlar quraşdırılır. Daha sonra sazlama və sınaq işlərindən sonra vaqonlar xətlərə buraxılır. Məlumata əsasən, bu ilin sonunadək əlavə olaraq daha 10 vaqon (2 qatar tərkibi) Bakıya gətiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, həmin müddətdə daha 299 yeni nəsil vaqonun alınması planlaşdırılır.

Digər fotolar
arrow-up