Kateqoriyalar
Sırala
ID 0120203

Nobel qardaşlarının tikdirdiyi 1882-ci ilə aid tarixi bina

Nobel qardaşları XIX əsrin 70-ci illərində Bakıya gələrək "Branobel" (Nobel Brothers` Petroleum Production Company) adlı şirkət qurublar. Şirkət qısa zamanda Qafqazın ən böyük neft şirkətlərindən birinə çevrilib. Bununla yanaşı, Nobel qardaşları Bakının müxtəlif ərazilərində binalar inşa etməyə başlayıblar. Bunlardan biri də paytaxtın Bayıl qəsəbəsi, Dağlıq küçəsi, 24 ünvanında yerləşən 1882-ci ildə inşa edilmiş binadır. Hazırda sözügedən tarixi bina qəzalı vəziyyətdədir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, binanın qəzalı vəziyyətdə olması aidiyyəti qurumlar tərəfindən aparılmış ekspertizanın nəticəsində təsdiqlənib. Qurumdan bildirilib ki,  həmin bina sıx tikilmiş fərdi yaşayış evləri zonasında yerləşdiyindən ərazidə yeni çoxmərtəbəli binanın inşası mümkün deyil. Bu səbəbdən ərazidə söküntü işləri aparılır.

Digər fotolar
arrow-up