Kateqoriyalar
Sırala
ID 0120396

Bakı-Ağdam sərnişin qatarı təyinat məntəqəsinə çatıb

Bu gün Bakıdan saat 07:10-da Ağdama yola düşmüş sərnişin qatarı təyinat məntəqəsinə çatıb. Bununla da 32 illik fasilədən sonra ilk Bakı-Ağdam qatar reysi reallaşıb. Sərnişin qatarında tam doluluq qeydə alınıb. 27 avqustda satışa çıxarılmış biletlər üç gün ərzində satılıb. Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və qonaqlar da var.

Teqlər
Digər fotolar
arrow-up