Kateqoriyalar
Sırala
ID 0120567

Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılova

Xalq artisti Vidadi Əliyevlə həyat yoldaşı, Xalq artisti Elmira İsmayılova böyük fədakarlıqla İrəvanda Azərbaycan teatrını yaşadıblar. 1967-ci ildən 1988-ci ilə qədər Qərbi Azərbaycanın rəmzi olan teatrın adını qoruyub, təbliğ ediblər. Teatrın fəaliyyəti Bakıda bərpa olunandan sonra qaçqınlıqda yaşayan Qərbi azərbaycanlıların dərdini, problemini əks etdirən tamaşalarla çıxış edib. Ömürlərinin 45 ilindən çoxunu bu teatrın yaşamasına həsr ediblər. Bu il onların 80 yaşı tamam olur (1 sentyabr Vidadi Əliyevin, 13 noyabr Elmira İsmayılovanın 80 illik yubileyidir). Qocaman aktyorlar 80 illik yubileyləri ərəfəsində ömürlərini həsr etdikləri İrəvan Dövlət Azərbaycan Dram Teatrından, sevimli övladlarını əllərindən alan faciədən, xatirələrdən, qarşılaşdıqları haqsızlqılardan danışdılar.

Digər fotolar
arrow-up